Tikinti üçün mühəndis axtarış işləri

Tikinti üçün mühəndis-axtarış işləri

Mühəndis-axtarış işləri aşağıdakı tərkibdə aparılır:
- Geodeziya şəraitinin təhlili;
- Geoloji şəraitin təhlili;
- Hidrometeoroloji şəraitin təhlili;
- Ekoloji şəraitin təhlili.

1) Geodeziya şəraitin təhlili üçün aparılan işlər
-  Topoqrafik tədqiqatlar və ərazinin topoqrafik xəritəsinin tərtib olunması;
- Mövcud binaların və qurğuların vəziyyətinin və sərhədlərinin yoxlanılması
- Yeraltı kommunikasiya xəttlərinin aşkarlanması və xəritəyə salınması;

2) Geoloji şəraitin təhlili üçün aparılan işlər
- Tikinti meydançasında süxurların geoloji quruluşunun təyin edilməsi;
- Süxurların nümunələrinin götürülməsi və laboratoriya şəraitində  süxurların tərkibinin, vəziyyətinin və xüsusiyyətlərinin və zamanla dəyişmələrinin təyin edilməsi;
- Qrunt sularının səviyyəsinin, hərəkət istiqamətinin dərinliyinin və kimyəvi tərkibinin təyin edilməsi

3) Hidrometeoroloji şəraitin təhlili üçün aparılan işlər
- Ərazinin hidrometeoroloji və kartoqrafik tədqiqat materiallarının toplanması, təhlili və ümumiləşdirilməsi;
- Su obyektlərinin və meteoroloji elementlərin hidroloji rejiminin xüsusiyyətlərinin müşahidəsi;
- Təhlükəli hidrometeoroloji proseslərin və texnogenhadisələrin proqnozlaşdırılması;
- Statistik metodlarla hidroloji və meteoroloji göstəricilərin hesabatı;
- Dəniz, yaxud çay üzərində tikilən obyektlər üçün xüsusi tədqiqatlar nəzərə alınır:
• su səviyyəsinin ölçülməsi;
• su səthinin mailliyinin təyini,
• su axınının sürətinin və istiqamətinin ölçülməsi və axın ilə
• səviyyə arasındakı əlaqənin təyin edilməsi;
• axar və dib çöküntülərin sərfinin təyin edilməsi,
• məcranın kələkötürlükəmsalının təyin edilməsi;
• suyun hidrokimyəvi və temperatur rejiminin öyrənilməsi;
• dalğa rejiminin öyrənilməsi.

4) Ekoloji şəraitin təhlili üçün aparılan işlər
- Tədqiqat sahəsinin mövcud ekoloji vəziyyətin təsviri, mövcud və potensial çirkləndiricilərin müəyyən edilməsi;
- Təbii mühitin bütün komponentlərinin çirklənməsinin tədqiqi:  torpaq, torpaqaltı süxurlar, yerüstü və yeraltı sular, atmosfer havası;
- Hava, torpaq, yerüstü və yeraltı su nümunələrinin laboratoriya şəraitində kimyəvi-analitik tədqiqatları;
- Ərazidə fiziki təsirlərin və radiasiya şəraitinin tədqiqatı və qiymətləndirilməsi;
- Ərazinin bitki örtüyü və faunasının, sanitar-epidemioloji və tibbi-bioloji vəziyyətinin tədqiqatları.

Mühəndis tədqiqatları nəticəsində alınan məlumatlar sənədləşdirilib ekspertizadan keçirilir və tikinti təşkilatının inşaata başlaması üçün lazımi icazələr alınır.