Memarlıq və layihələndirmə

Layihə işləri dörd mərhələdə aparılır

1) Layihədən qabaq hazırlıq mərhələsi «TİƏ və TİH»(texniki-iqtisadi əsaslandırmavə texniki-iqtisadi hesabatlar):
- əsas texniki və iqtisadi göstəricilərin müəyyən edilməsi,
- tikilinin inşa olunmasınınzəruriliyinin və məqsədəuyğunluğunun əsaslandırılması,
- əsas planlaşdırma həllərinin hazırlanması,
- layihənin həyata keçirilməsininkonkretüsullarının seçilməsi. Bu mərhələ müştərinin imkanlarını qiymətləndirmək və əsas tikinti və texniki həlləri seçmək üçün lazımdır.

2) Eskiz layihənin işlənmə mərhələsi:
- tikilinin memarlıq görünüşünün,
- əsas planlaşdırma həllərinin
- sahənin baş planının işlənib hazırlanması. Fərdi memarlıq həllərinin və daxili məkanların erqonomikasının inkişafına xüsusi diqqət yetirilir.

3) Layihə sənədlərinin tam həcmdə hazırlanma mərhələsi «P»:
- «Mühəndisi hesabatlar» bölməsində tələb olunan mühəndisi hesabatların nəticələri ( müasir kompyüter proqramların cəlb olunması ilə konstruksiyaların statik və dinamik yüklənmələrdə möhkəmliyinin, əyilmələrininvə yerdəyişmələrinin hesabatı, bünövrələrin deformasiyalarının və çökməsinin hesabatı; istilik texnikası, hidravlika və ventilyasiya sistemlərinin hesabatı, elektrik yüklərinin və torpaqlama sistemlərinin hesablanması) təqdim olunur
- «Smeta sənədləri»bölməsində layihədə müxtəlif növ tikinti xərcləri üçün ayrı-ayrı smetalar hesablanır, və bunların əsasında layihənin ümumi smeta dəyəri təqdim olunur, sonra isə müqavilənin  qiyməti formalaşır
- «İşçi cizgilər» bölməsində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi, tikintinin texnika, məhsul və materiallarla təmin edilməsi üçün lazım olan qrafik sənədlər təqdim olunur. İşçi cizgilər dəstlərə birləşdirilir və hər dəst müəyyən marka ilə işarələnir (MT - memarlıq və tikinti həlləri, DB - dəmir -beton konstruksiyalar, ET - enerji təchizatı, ST - daxili su təchizatı və kanalizasiya şəbəkələri və sairə) .
- Layihə sənədləri mövcud qanunlara və qaydalara tam uyğun olaraq tərtib edilir.

4) Layihənin son mərhələsi layihənin nəzarət orqanlarında təsdiqlənməsi və ekspertizadan keçirilməsidir.


Görülən layihə işlərin siyahısı

1) Çay hidrotexniki qurğularının layihələndirilməsi
- dəmir-beton və torpaq bəndlər, mühafizə bəndləri və istiqamətləndirici dambalar;
- dayaqlar və istinad divarları;
- suburaxan, su tullayan və su ötürücü qurğular
- suelektrikstansiyaları (SES), nasoslu anbar elektrik stansiyaları (PSPP), nasos stansiyaları (NS), kiçik su elektrik stansiyaları (SHPP)vəbustansiyalarlaəlaqəlitikililər(gündəliktənzimləmə hovuzları, təzyiq hövzələri və dalğalanma tankları);
- SES, PSPP, NS və SHPP-ın qapalıprofillisuborukəmərlərivə hidravlik tunellər;
- meliorasiya,su təchizatı və derivasiya kanallarıvəbukanallar üzərindəki tikililər: dyukerlər, akveduklar, suötürücü körpülər, qar, sel və leysan sularını ötürmək üçün sutoplayıcı və sutullayıcı şəbəkə;
- balıq keçidləri və balıq mühafizə qurğuları;
- hidroenergetika, su təchizatı və meliorasiya təyinatlı su anbarları;
- çay üzərində gəmi nəqliyyatı qurğuları: nəqliyyat kanalları və şlyuzlar;
- balıq yetişdirməq məqsədi üçün nohurlar və gölməçələr;
- gəmi-qayırma və gəmi-təmiri müəssisələrində hidrotexniki qurğular: quru doklar və dolğu dokları, tərsanələr, uzununa və eninə meyilli stapellər, şaquli gəmiqaldırıcıları;
- çay sahillərində bərkidici, mühafizəedən və istiqamətləndirici qurğular;
- çay limanının layihələndirilməsi: limanın planda təbii, infrastruktur və iqtisadi cəhətdən optimal yerləşməsi nöqteyi nəzərdən təşkil olunmuş baş planı , limanın sahil ərazisində tikilən bina və qurğuları, limanın su hövzəsinin təşkili, o cümlədən yaxınlaşma su kanalları və naviqasiya vasitələri

2) Dəniz hidrotexniki qurğularının layihələndirilməsi
- dənizdə gəmilər üçün yanalma qurğuları:
   a) qravitasiya tipli yanalma qurğuları ( beton massivlərdən, kontrfors tipli, böyük diametrli dəmir-beton borulardan)
   b) bolverk tipli yanalma qurğuları
   c) estakada tipli yanalma qurğuları (polad və dəmir-beton svaylar üzərində )
   d) körpü tipli pirslər ( polad və dəmir-beton svaylar üzərində, beton massivlər üzərində, böyük diametrli dəmir-beton borular üzərində)
   e) üzən yanalma qurğuları;
- dəniz sahillərini bərkidən və mühafizə edən qurğular:
- dalğa qıran dambalar və mollar)
- dəniz limanlarının layihələndirilməsi, o cümlədən ticarət, sərnişin, neft və qaz doldurma və sənaye təyinatlı limanlar: limanın planda təbii, infrastruktur və iqtisadi cəhətdən optimal yerləşməsi nöqteyi nəzərdən təşkil olunmuş baş planı , limanın sahil ərazisində tikilən bina və qurğuları, limanın su hövzəsinin təşkili, o cümlədən yaxınlaşma su kanalları və naviqasiya vasitələri
- dənizdəki neft və qaz yataqlarında hidrotexniki tikililər (süni adalar, stasionar platformalar, estakadalar)

3) Tunellərin layihələndirilməsi
- nəqliyyat tunelləri: dəmir yollarında, avtomobil yollarında, şəhər küçələrində piyadalar üçün tunellər;
- kommunal təsərrüfatında: kanalizasiya və kollektor tunelləri
- dağ-mədən sənayesində: nəqliyyat, drenaj, havalandırma tunelləri
- su maneələri keçmək üçün sualtı tunellər
- tunellərin və başqa yeraltı tikililərin hidroizolyasiyası

4) İstinad divarlarının layihələndirilməsi
- Tökmə torpaqlardan ibarət yamacları və süni çalaların divarlarını saxlayan istinad divarları ( daş hörgüdən massiv divarlar, dəmir- beton nazik kontrfors divarlar, dəmir-beton qazma-doldurma yanbayan sıx vurulan payalardan ibarət divarlar );
- Hidrotexniki istinad divarları ( dəmir-beton massivlərdən hörülmüş divar, dəmir-beton nazik kontrfors divarlar,yanbayan vurulmuş polad və dəmir-beton svaylardan ibarət divarlar)

5) Körpü və bəndlərin altındakı boruların 
layihələndirilməsi
- Piyadalar,avtomobillər, dəmir yolları üçün körpülər və akveduklar (poladdan və dəmir-betondan);
- Bəndlərin, avtomobil və dəmir yolların altındakı piyadalar və daşqın suların keçidi üçün borular;

6) Neft və neft məhsulları anbarlarının layihələndirilməsi
- Neft və neft məhsullarının saxlanılması üçün rezervuerlar parkı
- Neft və neft məhsullarının borularla təzyiqlə nəqli üçün nasos stansiyaları
- Neft və neft məhsullarının avtomobil və dəmir yolu sisternlərə, və o cümlədən dəniz tankerlərinə doldurub-boşaldılması üçün qurğular və tikililər
- Avtomobil yollarında və aerodromlarda yanacaq doldurma kompleksləri

7) Avtomobil yolların layihələndirilməsi
- Ümumi təyinatlı yollar və avtomaqistrallar;
- Yerüstü və yeraltı avtomobil dayanacaqları və parkları
- Avtomobil sərnişin terminalları

8) Dəmir yollarının layihələndirilməsi
- Yükdaşıma və sərnişindaşıma təyinatlı normal və dar ölçülü dəmir yolları
- Dəmiryolu deposu və emalatxanalar
- Sərnişinlər və yüklər üçün dəmiryolu terminalları

9) Hava limanı kompleksinin layihələndirilməsi
- Təyyarələrin qalxma-enmə zolaqları və təyyarələr üçün dayanma yerləri
- Hava naviqasiya və idarəetmə kompleksinin bina və qurğuları
- Sərnişinlər və yüklər üçün hava terminalları

10) Ərazilərin, binaların və qurğuların təhlükəli geoloji 
proseslərdən mühəndisi mühafizəsinin layihələndirilməsi
- Sürüşməyə qarşı qurğular;
- Sel və daşqın sularına qarşı qurğular;
- Karst əleyhinə qurğular;
- Qar uçqunlarından qorunma qurğuları
- Dağ mədənlərinin yerüstü və yeraltı sulardan mühafizə qurğuları

11) Sənaye komplekslərinin bina və qurğularının 
layihələndirilməsi
- Müəssisənin əsas istehsalat sexlərinin binaları;
- Təmir, enerji, nəqliyyat, anbar və sairə köməkçi istehsalat binaları;
- İdarəetmə və məişət təyinatlı köməkçi binalar;
- Modul tipli tez quraşdırılan inzibati və məişət təyinatlı binalar
- Sənaye müəssisələrinin qurğuları:
    a) yeraltı tikililər - zirzəmilər, tunellər, kanallar və kessonlar
    b) maye və qazlar üçün rezervuarlar və qazholderlər
    c) tökmə materiallar üçün bunkerlər və siloslar
    d) yerüstü tikililər–estakadalar, pilləkənlər, rəflər və platformalar,
    e) yüksək hündürlüklü müxtəlif təyinatlı qüllələr və dirəklər
    f) Dinamik yüklü maşınların bünövrələri

12) Ambar komplekslərinin bina və qurğularının 
layihələndirilməsi
- Ambarlar: temperaturu tənzimlənən və tənzimlənməyən ambarlar və soyuducu ambarlar
- Xammal, materiallar, komponentlər, hazır məhsullar saxlamaq üçün ambarlar:

13) Qazanxana komplekslərinin layihələndirilməsi
- Qazanxanalar: energetika, istilik və istehsalat təyinatlı
- Qazanxanalar: açıq, yarıaçıq və qapalı tipli

14) İctimai bina və qurğularının layihələndirilməsi
- Tədris-təhsil məqsədli binalar
- Sahiyyə və sosial-xidmət təyinatlı binalar
- Əhalinin mədəni-istirahət fəaliyyəti və dini ayinlər üçün binalar

15) Mənzil-yaşayış binalarının layihələndirilnəsi
- Çoxmənzilli yaşayış binaları (birmərtəbəli və çoxmərtəbəli)
- Birmənzilli yaşayış binaları (birmərtəbəli və çoxmərtəbəli)

16) Kənd təsərrüfatı komplekslərinin bina və qurğularının 
layihələndirilməsi
- Ambarlar: tərəvəz, taxıl, silos və saman, mineral gübrə saxlamaq üçün
- Heyvandarlıq təsərrüfatları;
- Quşçuluq təsərrüfatları;
- Kənd təsərrüfatı məhsullarının emalı müəssisələri:
• meyvə-tərəvəzin qurudulması üçün sexlər,
• konserv və təbii şirələr sexləri,
• dəyirmanlar, süd məhsulları fabrikləri;
- becərmə təsərrüfatları: tərəvəz, göbələk və çiçək yetişdirmək üçün istixanalar.