Bina və tikililərin mühəndisi müayinəsi

Bina və qurğuların mühəndisi müayinəsinə daxildir:

- obyektdə vizual yoxlamanın və ölçü işlərinin yerinə yetirilməsi, mövcud tikilinin layihə sənədlərinə uyğunluğunun yoxlanılması,

- mövcud konstruksiyalarda qüsurların qeyd olunması, deformasiyaların əmələ gəlmə səbəblərinin araşdırılması və artmasının proqnozlaşdırılması

- mövcud konstruksiyaların yerində instrumental tədqiqi,

- konstruksiyaların tikinti materiallarının nümunələrinin götürülməsi və laboratoriyada sınaqları,

- bina və qurların mövcud vəziyyətdə yüklənməsinin və yük götürmə qabiliyyətinin mühəndisi hesabat üsullarının  tətbiqi ilə yoxlama hesabatı

- mühəndisi müayinə işlərinin nəticələrinə əsasən tövsiyələrin hazırlanması,

- zədələnmiş və deformasiyaya uğramış konstruksiyaların bərpası yaxud gücləndirilməsi üçün  layihənin hazırlanması.